Azərbaycanın əməkdar müəllimi Ərdoğana müraciət ünvanladı

azerbaycanin-emekdar-muellimi-erdogana-muraciet-unvanladi
Oxunma sayı: 684

“Qafqazinfo”ya daxil olan müraciətdə deyilir: “Türkiyə dövlətinin XIX əsrdəki sədr-əzəmlərindən olan və Şamaxı xanlığı Bölükət mahalının Kürdəmir kəndindən olan Şirvanzadə Mehmed Rüşdi Paşa İsmayıl Şirvaninin ikinci oğludur. Sədr-əzəm, Şirvanzadənin atası Mövlanə İsmayıl Siracəddin Şirvani Kürdəmirdə dünyaya göz açıb, Amasiyada dünyasını dəyişib. Şərqin yüksək dini məktəblərində tanınmış din xadimlərindən dərs alan İsmayıl Şirvani Kürdəmirdə məktəbdarlıqla məşğul olub. Sonralar siyasi əqidəsinə görə Azərbaycandan uzaqlaşdırılıb. Kürdəmirdə çoxlu qohum-əqrəbası olan İsmayıl Şirvanini və onun sədr-əzəm oğlunu xatırladan kompleks və ya ev muzeyi yaratmaq Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı yolunda böyük addım olardı”. N. Nəsrəddinov Ərdoğanın bu səbəbdən həmin bölgəyə səfər edib-etməməsi ilə bağlı sualla mətbuata üz tutub.