Azərbaycanın “Eurovision-2012” üçün ən şanslı namizədi – Video

azerbaycanin-eurovision-2012-ucun-en-sansli-namizedi-video
Oxunma sayı: 654

Dünən İctimai Televiziyada Azərbaycanı bu il ölkəmizdə keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq”un çıxışlarına start verildi.
“Qafqazinfo”nun məlumatına görə, beş gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq iştirakçılar arasında çoxluğun yarışmanın ən layiqli namizədi hesab etdiyi Sabina Babayeva da çıxış etdi.

Qeyd edək ki, ötən ilki milli seçim turlarına da qatılan və hər kəsin favoriti olan Sabina Babayeva güclü səs imkanlarına, maraqlı səhnə performanslarına baxmayaraq, ona finala çıxmaq şansı verilmədi. Amma bu il gənc estrada ulduzumuzun Azərbaycanı “Eurovision-2012”də vətənimizdə təmsil etmək şansının daha çox olduğu düşünülür. Bir çox sosial şəbəkələrdə, xəbər saytlarında onun artıq namizəd kimi müəyyənləşdiyi və İTV-nin apardığı seçimlərin sadəcə “gözdən pərdə asmaq” olduğu deyilir.

Onu da deyək ki, S. Babayevanın Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və kürəkəni Emin Ağalarovun Fransaya səfərləri zamanı ölkəmizin mədəniyyətini təbliğ edən konsertdə uğurlu və alqışlanan çıxışı da seçimlərin məhz onun üzərində dayandığını və S. Babayevanın layiqli namizəd kimi aylar öncədən hazırlandığını deməyə əsas verir.

Xatırladaq ki, Milli seçimlərin artıq 6 yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdır.

Nigar Məmmədli

SabinaBabayeva.flv