Azərbaycanın göndərdiyi yardım İrana təhvil verildi

azerbaycanin-gonderdiyi-yardim-irana-tehvil-verildi
Oxunma sayı: 653

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə göndərilən 25 avtomobildən ibarət humanitar yardım İran Biləsuvarında İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə təhvil verilib.

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən məlumatına görə, humanitar yardıma 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları daxildir.