“Azərbaycanın hərbi büdcəsi misli görünməmiş dərəcədə artır”

azerbaycanin-herbi-budcesi-misli-gorunmemis-derecede-artir-
Oxunma sayı: 733

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Rio-De Janeyroda stabil inkişaf və ekologiyaya həsr olunan “Rio + 20” sammitində çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

XİN rəsmisinin sözlərinə görə, sürətli silahlanma nəinki sülh və təhlükəsizliyi, eyni zamanda stabil inkişafı da təhlükə altında qoyur: “Təəssüf ki, bizim region təhlükədən məhrum deyil. Bu gün biz Azərbaycanın misli görünməmiş hərbi büdcəsinin artımının şahidiyik. Bu ölkə rəhbərliyinin militarist mövqeyi regionun təhlükəsizliyi, stabillik və inkişaf üçün real təhdiddir”.

Qeyd edək ki, iyunun 20-də start verən “Rio + 20” sammitində 192 ölkə nümayəndələri və beynəlxalq təşkilatlar iştirak edir.

Səidə