Azərbaycanın ilk himni tapıldı - Video

azerbaycanin-ilk-himni-tapildi-video
Oxunma sayı: 6445

“Qafqazinfo”nun məlumatına görə, sözləri və musqisi dahi Üzeyir Hacıbəyova aid olan “Milli marş” bolşeviklərin Azərbaycanı işğalından sonra qadağan edilib.

Üzeyir Hacıbəyovun hələ 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı, həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmiş "Milli marş"ın, yəni sonralar elmi ədəbiyyatda "Azərbaycan milli marşı" adı ilə tanınan həmin marşın tam mətni belə idi:


Vurulur meydanda sənc, dəf
Düzülün əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmənə tərəf
Biliniz cəngizdir bizə sələf!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah,
Hüvə-kəbir!
Çingizləri, Teymurları,
Gəl yada sal o ərləri,
Kim, ol zaman, türk hökmran,
Türkə müt′i nəsf-cahan,
İmdi görükür nə zillət,
Çökü bu millət...
Yığın, övladı Çingizin!
Sürünün bu qeyrə dizin-dizin...
Bu qədər bir torpaq həp sizin
Görürük hər yanda türk izin!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah,
Hüvə-Kəbir!

“Milli marş” 1920 il aprel çevrilişindən sonra bir
daha səslənməmiş və not materialları itirilmişdi. Son
dövrlərdə onun haqqında məlumat və birsəsli musiqisindən
bir parça türk musiqişünası Etem Üngörün 1966-cı ildə
ildə Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında dərc
olunmuşdu. Həmin kitabda göstərilir ki, "Azərbaycan milli
marşının tənzim və seçimi üçün təyin olunmuş konkursda
(müsabiqədə) Üzeyir Hacıbəyovun "Milli marş"ı birincilik
qazanmış və 15.000 rubl məbləğində mükafat almışdır". 14
noyabr 1919 il tarixli, 246 saylı "Azərbaycan" qəzeti də bu
haqda yazır və bildirir ki, "...Azərbaycan Dövlət
Teatrosunu dolduran milli dövlət ərkanı və əxlaq
hüzurunda bir dəfə çalınmışdır..." Müasir Azərbaycan
oxucusuna bu marş haqda ilk məlumat bəstəkar
S.Fərəcovun "Ü.Hacıbəyovun iki marşı" məqaləsində
verilmişdir ("Ədəbiyyat və incəsənət" qəzeti, 14 iyul
1989). Uzun axtarışdan sonra R.Xəlilov tərəfindən marşın
ilkin klavir variantı və orkestr səsləri tapılıb.

S.Fərəcov əsərin 4 səsli xor və böyük orkestr üçün yeni
partiturasını hazırladıqdan sonra o, ifa olunub, lentə
yazılıb.

Azrbaycanmni.flv