Azərbaycanın məşhur müğənnisi bığlarını qırxdırdı - Fotolar

azerbaycanin-meshur-mugennisi-biglarini-qirxdirdi-fotolar
Oxunma sayı: 683

Azərbaycanın məşhur müğənnisi, hər zaman böyük bığları ilə diqqəti cəlb edən Cavanşir Məmmədov bığlarını qırxdırıb. “Qafqazinfo” xəbər verir ki, bu gün İctimai Televiziyanın Yeni Gün proqramına qatılan C. Məmmədov tamaşaçılar qarşısına yeni imiclə çıxıb. Hətta onu çoxları tanımayıb, yalnız aparıcının təqdimatından sonra C. Məmmədov olduğunu biliblər. Müğənni yeni imici haqqında heç bir açıqlama verməyib.