Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasına nə mane olur? –Açıqlama

azerbaycanin-pkk-ni-terrorcu-teskilat-kimi-tanimasina-ne-mane-olur-aciqlama-
Oxunma sayı: 711




Azərbaycan PKK-nı terrorçu təşkilat kimi rəsmi tanısa çox gözəl olar, amma mən güman etmirəm ki, bu məsələ təkcə PKK ilə bitəcək. Azərbaycandan başqa təşikilatların da terorr təşkilatı kimi tanınmasını istəyəcəklər. Bu da başqa dövlətlərlə münasibətlərdə soyuqluq yaradacaq”. Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın PKK-nı terror təşkialtı kimi tanımasına münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, Azərbaycan prezidenti bəyanatında PKK-nı terrorçu tıəşkilat kimi tanıdığını bir mənalı bəyan edib: “Lakin PKK-nın terror təşkilatı kimi tanınması üçün əvvəlcə “Terror haqqında” qanun qəbul edilməlidir. Bundan sonra təbii ki, mahiyyət etibarilə fərqli nüanslar çıxacaq. Yəni çətinliklər yaranacaq. “Terror haqqında” qanun qəbul olunandan sonra təkcə PKK-nın deyil, digər təşkilatların da tanınması gündəmə gətirilə bilər”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycandan başqa təşkilatların da terror təşkilatı kimi tanımağını istəyəcəklər. Bu da başqa dövlətlərlə münasibətlərə soyuqluq gətirə bilıər: “Bundan başqa Azərbaycan da terrorçu təşkilatların hədəfinə çevrilə biləcək bir dövlət ola bilər. Bunları da nəzərə almaq lazımdır. Amma, bir mənall olaraq bəyan edirəm ki, PKK terrorçu təşkilatdır. Və Türkiyə ilə bağlanılan ikitərəfli müqavilələr əsasında bunu çox asanlıqla tənzimləmək olar. Çünki, PKK daha çox Türkiyə ərazisində fəaliyyət göstərir. Və Türkiyə ilə bağlanılan ikitərəfli müqavilələrlə burada PKK-nın zərərsizləşdirmə prosesini həyata keçirmək olar” .

Prezidentin “Azərbaycan Türkiyə ilə vizasız rejimə hazır deyil” fikrinə münasibət bildirən İ. Ağazadə deyib ki, bu addıma hazır olmaq lazımdır: “Dövləti istənilən halda Türkiyə ilə vizasız gediş-gəlıişə hazır etmək lazımdır. İranla bağlı çətinlikləri bilirəm, hətta vizasız gediş-gəlişdə PKK-çıların rəsmən bura gələcəyi və Türkiyə dövlətinin istəkli olub bunları geri alması fərqinə qədər hər şeyi anlayıram. Bununla yanaşı dövlət Tükiyə ilə vizassız gediş gəliş rejimini rəsmiləşdirməlidir”.

İ. Ağazadə Ərdoğanın səfərinin ümumi nəticələrini dəyərləndirərkən bildirib ki, son 20 ildə Türkiyə Azərbaycan münasibətlərində ən həssas dönəm yaşanır: “Ortada konkret məsələlər var və tərəflərin konkret istəkləri var. Bu istəklərin böyük əksəriyyəti Ərdoğanın bu səfərində Türkiyə Azərbaycan münasibətlərində rəsmiləşmədi. Amma, inanıram ki, rəsmiləşməsə də bundan sonra da tərəflər bir-irilə anlaşıqlı və dövlətlərin, xalqların mənafeyinə uyğun addım atacaqlar. Rəsmiləşməyən məslələrin gələcəkdə rəsmiləşməsi üçün təmkinli və emosiyasız siyasət yeridəcəklər. Bunu xüsusilə Türkiyə tərəfə aid edirəm, çünki Türkiyə tərəfinin bu məsələlərdə istəkləri daha çox idi. İnanıram ki, siyasət bu şəkildə davam edəcək. Bu gün problemlər var, o problemlər çözülməlidir.
Mən arzu edərdim ki, Türkiyə ilə bizim əməkdaşlığımız və proseslərə yanşmamız daha çox dövlətlərin bir-birinə bağlılığı və səmimiyyət üzərində qurulsun, iqtidarların siyasəti və yaxud protokollar üzərində yox” .