Azərbaycanın “Xəcalət”i beynəlxalq festivalda

azerbaycanin-xecaleti-beynelxalq-festivalda
Oxunma sayı: 687

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Qafqazinfo”ya verdiyi məlumata görə, A. P. Çexov adına Yalta teatrında baş tutacaq festival sentyabrın 15-i başlayacaq və “Teatr. Çexov. Yalta” – 2011 devizi altında keçiriləcək. Azərbaycan Akademik Milli Dram Teatrı festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pryesini təqdim edəcək.

Qeyd edək ki, müəllifin də şəxsən iştirak edəcəyi tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Tamaşada Nurəddin Mehdixanlı, Ramiz Novruz, Mətanət Atakişiyeva və başqa aktyorlar rol alacaq.
Beynəlxalq festivala müxtəlif ölkələrdən on bir teatr kollektivi qatılacaq. Böyük Britaniya, İspaniya, İsrail, Estoniya, Rusiya, Ukrayna teatrları bu nüfuzlu mədəniyyət tədbirində tamaşaçılara hazırladıqları əsərlərini təqdim edəcəklər.

Sentyabrın 13-də isə Azərbaycan Akademik Milli Dram Teatrı adı çəkilən “Xəcalət” əsərini Simferopol şəhərində Azərbaycan diasporunun tamaşaçıları qarşısında nümayiş etdirəcək.


Fatimə Kərimli