Azərbaycanın ziyalıları da iki cəbhəyə bölündü

azerbaycanin-ziyalilari-da-iki-cebheye-bolundu
Oxunma sayı: 830



Milli Elmlər Akademiyasının üzvləri sabiq deputat Gültəkin Hacıbəylinin noyabrın 4-də Ziyalılar forumda iştirakından sonra ona qarşı bəyanat qəbul ediblər. Xatırladaq ki, 12 noyabr tarixində 1news.az agentliyinə daxil olan məktubda, özünü elmi ziyalılar adlandıran AMEA-nın həqiqi üzvləri Telman Əliyev və Fikrət Əliyev, həmçinin AMEA-nın müxbir üzvləri

Rasim Əliquliyev və Ağası Məlikov ADNA-nın kafedra müdiri Rafiq Əliyevin işdən çıxarılması ilə əlaqədar onu müdafiə edən bitərəf Gültəkin Hacıbəylini də məktublarında “yad ediblər”.

AMEA üzvlərinə görə, işdən çıxarılmış Rafiq Əliyev Gültəkin Hacıyeva kimi “dırnaqarası siyasətçilərə” özünün həyatı və Elmlər Akademiyasındakı fəaliyyəti ilə bağlı “nağıllar” danışmaqla məşğuldur. Belə ki, “elmi ictimaiyyətə” görə, G.Hacıyeva R.Əliyevin sözlərindən irəli gələrək “tarixi səhvlər” edir.

Akademiklərin fikrincə, G.Hacıyeva tarixi falsifikasiya edir. Belə ki, R.Əliyevə istinad edən G.Hacıyevanın sözlərinə görə, 1989-cu ildə İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən çıxarılıb və o vaxt Azərbaycan KP MK-nın 1-ci katibi K.Bağırov EA-nın Prezidiumunda R.Əliyevə qarşı müəyyən ittihamlarla çıxış edib. Bundan sonra o, EA-ya bir daha gəlməyib.
Akademiya üzvlərinin fikrincə, İmam Mustafayevi heç kim partiyadan çıxarmayıb, K.Bağırov isə heç vaxt Akademiyanın iclaslarına qatılmayıb. Bundan irəli gələrək akademiklər Rafiq Əliyevi “dinləyərək”, Gültəkin Hacıyevanı həqiqəti danmamağa çağırıblar.

Daha sonra elmi ziyalılar məktublarında “bu vəziyyətdə ən çox Lütfi Zadəyə yazığımız gəlir, çünki ondan R.Əliyevin işdən çıxarılmasının düzgün addım olub-olmadığını soruşurlar”. Akademiya üzvləri həmçinin Rafiq Əliyevin Zadəni bu məsələyə “arbitr qismində” cəlb etdiyindən təəssüflənərək, yazırlar ki, “xaricdə Rafiq Əliyev yaşda olanlar kafedraya rəhbərlik etmirlər”.

musavat.com