Azərbaycanlı dələduz Rusiyanı qarışdırdı – 1 milyonluq vəzifə

azerbaycanli-deleduz-rusiyani-qarisdirdi-1-milyonluq-vezife
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Rusiya Federal Təhlükəsizlik Bürosunun zabiti, icra hakimiyyətinin sabiq əməkdaşı və məşhur “Bitvı ekstrasensov” televiziya proqramının iştirakçısı da var.

Cinayətdə ittiham olunan azərbaycan əsilli Zaur Mustafayev Moskva meriyasında çalışmış, onun Rusiya və Hollandiya vətəndaşlığı var. Mustafayevin cinayət yoldaşları isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin zabiti Mixail Kostin və "Ekstrasenslərin döyüşü" proqramının iştirakçısı Svetlana Solovyevadır (İzolda Qross)
Cinayətkarlar özlərini Rusiya Federasiyası Prezident Administrasiyasının əməkdaşları kimi təqdim edərək bir sıra şəxslərə Rusiyanın Daxili İşlər Nazirliyinin struktur bölmələrindən birində 500 min avro müqabilində rəhbərlik vəzifəsi təklif ediblər.

Dələduzlar ticarət təşkilatlarından birinin rəhbərinə 2011-ci il seçkilərində Dövlət dumasına onun deputat seçilməsini təmin etməyə söz veriblər. Bu xidmət üçün isə ondan 1 milyon dollar ödəməyi tələb ediblər.


Səidə