Azərbaycanlı deputatlarla ermənilər arasında qalmaqal olub

azerbaycanli-deputatlarla-ermeniler-arasinda-qalmaqal-olub
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, qhtxeber.az-ın əməkdaşının Polşadan verdiyi məlumata görə, tədbirə erməni Aşot Qriqoryan moderatorluq edir. Azərbaycan nümayəndə heyəti zala daxil olarkən trubuna qarşısında guya Naxçıvanda aşkarlanan erməni abidələrinin şəkilləri düzüldüyünün şahidi olublar. Millət vəkili İqbal Ağazadə dərhal buna etiraz etdi. Moderator bunu qulaqardına vurdu. Tədbirdə iştirak edən qhtxeber.az-ın redaktoru Sənan Nəcəfov heç bir tədbir görülmədiyindən şəkilləri tribunadan özü yığışdırmağa başlayıb. Aşot Qriqoryan Nəcəfovun bu hərəkətindən narazı qalıb və polis çağırılmasını istəyib. Bundan sonra Azərbaycan nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk edib.

Azərbaycan nümayəndə heyəti öz erirazlarını təşkilatçılara bildirərək məsələnin yoluna qoyulmasını tələb ediblər. Aldığımız məlumata görə, artıq təşkilatçılar nümayəndə heyətimizin etirazını qəbul ediblər və Azərbaycan nümayəndə heyəti zala qayıdıb. Müzakirələr davam edir.