Azərbaycanlı din xadimimin ölümünə dair ilkin rəy açıqlandı

azerbaycanli-din-xadimimin-olumune-dair-ilkin-rey-aciqlandi
Oxunma sayı: 677

“Media forum” saytı xəbər verir ki, ilkin rəsmi nəticələrə görə, Mətin Mehdiyevin üstündən “Vertu” mobil telefonu, içərisində 5-6 min rubl olan pul kisəsi və mənzilinin açarı oğurlanıb.

Rusiya İslam Mədəniyyət Mərkəzinin beynəlxalq şöbəsinin rəhbəri olmuş, 1978-ci il təvəllüdlü Mətin Mehdiyevin meyiti aprelin 10-da Moskvanın mərkəzində, İkinci Brest küçəsində tapılıb.

İstintaq Komitəsi Mətin Mehdiyevin Moskva sakini olduğunu bildirib.
Mehdiyevin yaxın tanışlarından biri - “Mirotvorets” Ümumrusiya İctimai Fondunun rəhbəri Andrey Getmanov Mətin Mehdiyevin Moskvada doğulduğunu, ixtisasca aviasiya konstruktoru olduğunu, amma bu sahə üzrə fəaliyyət göstərmədiyini açıqlayıb.

Andrey Getmanov din xadimini milliyyətçilərin öldürdüyünü güman edir.