Azərbaycanlı dünya çempionu erməni polisi öldürüb

azerbaycanli-dunya-cempionu-ermeni-polisi-oldurub
Oxunma sayı: 680

Avqustun 1-nə keçən gecə 25 yaşlı sahə müvəkkili Samvel Mehrabov “Vodopad” kafesində atasının yubileyini keçirirmiş. Bu zaman başqa masa arxasında oturan idmançı və dostları ilə polisin arasında mübahisə düşüb. Nəticədə azərbaycanlı idmançı onu bıçaqla vuraraq hadisə yerindən qaçıb.

Azərbaycanlı idmançı hadisəni törətdikdən sonra Samara vilayətini tərk edib. Bu ilin oktyabrında isə Moskvaya gələn Canpolad oktyabrın 17-də Moskvada saxlanılıb. İdmançı hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, Gürcüstanda doğulmuş Canpolad Budaqovun Azərbaycanda dələduzluq ittihamı ilə axtarışda olduğu da bildirilir.