Azərbaycanlı dünya çempionu Moskvada həbs olundu

azerbaycanli-dunya-cempionu-moskvada-hebs-olundu
Oxunma sayı: 689

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, məlumatı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin cinayət axtarışları baş idarəsinin mətbuat xidməti yayıb.
Mətbuat xidmətinin əməkdaşının “İnterfaks”a verdiyi açıqlamasında qeyd olunur ki, milis əməkdaşının qətlində şübhəli bilinən Azərbaycan Respublikasının 40 yaşlı vətəndaşı saxlanılıb. Bu ilin avqustunda Azərbaycan idmançısı Samarada münaqişə zəminində sahə müvəkkilini bıçaqla qarın nahiyəsndən yaralayıb. Hadisə zamanı sahə müvəkkili ölüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb.
Xəbərdə bildirilir ki, saxlanılan şəxs idmançı dairələrdə məşhurdur. İkiqat dünya çempionu olan idmançının uşu-sanda üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi olduğu qeyd edilir.
Rusiya hüquq-mühafizə orqanı nümayəndəsi bildirib ki, idmançı ötən il Azərbaycanda xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, cinayət işi başlanıb və barəsində aştarış elan olunub.
Saxlanılan şəxsin qətli törətdiyini etiraf etdiyi bildirilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, agentlik həbs olunan idmançının adını yazmayıb. Xatırladaq ki, uşu-sanda üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canpolad Budaqov olub. Azərbyacan hüquq mühafizə orqanları onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlamışdı.