Azərbaycanlı futbolçu “Barselona”da

azerbaycanli-futbolcu-barselonada
Oxunma sayı: 832

Proqrama əsasən ümumi təlim-məşq, klubun əsas stadionunda məşqlər aparılacaq. Hər 10 futbolçu bir məşqçinin rəhbərliyi altında təlim-məşqlərə cəlb olunacaq.

Azərbaycandan bu toplantıda “Neftçi”futbol klubunun hücumçusu Fəhmin Muradbəyli iştirak edəcək. Fakrtı təsdiqləyən Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov bildirib ki, proqrama əsasən F. Muradbəyli orada klubun muzeyi ilə tanış olacaq, bir sıra əyləncəli proqramlarda iştirak edəcək: “Hətta “Barselona”nın rəsmi forması ilə təmin olunacaq. Gənc futbolçu orada Messi və digər məşhur futbolçularla ünsiyyətdə olacaq, onların məşq prosesini canlı izləyəcək. Dərslər isə ingilis və ispan dillərində keçiriləcək”.

Fəhmin Muradbəyli Barselonaya iyulun 31-də yollanacaq və iki həftə ərzində sözügedən təlimlərdə iştirak edəcək.

Fatimə Kərimli