Azərbaycanlı iş adamından milyonluq anlaşma

azerbaycanli-is-adamindan-milyonluq-anlasma
Oxunma sayı: 725

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Palmali Holdinq” Rusiyanın “Lukoyl” şirkəti üçün 120 milyon dollara 3 neft tankeri tikəcək.

Bu məqsədlə “Palmali Holdinq” ilə iş adamı İşsan Kalkavanın sahibi olduğu Beşiktaj tərsanəsi arasında müqavilə imzalanıb. “Lukoly” şirkəti bu tankerlərlə 2005-ci ildə Xəzər dənizində tapılan və 2020-ci ilə qədər ən azı 16 milyon ton neft çıxarılacağı proqnozlaşdırılan “Yuri Kachirgin”, “Filanovsky” platformalarından neft daşınması üçün istifadə ediləcək.

Qeyd edək ki “Palmali Holdinq” son illər Türkiyədə gəmi inşaatı sektoruna 1 milyard dollar sərmayə qoyub. 150 tankerə sahib “Palmali Holdinq” Rusiya və Azərbaycan xam neftinin dəniz yolu ilə daşınmasında önəmli paya malikdir.