Azərbaycanlı iş adamının 8 milyardlıq qızıl ticarəti

azerbaycanli-is-adaminin-8-milyardliq-qizil-ticareti
Oxunma sayı: 660

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu ticarətdə Ebru Gündeşlə ailə quran Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabın adı ön planda çəkilir.

Xəbərdə qeyd edilir ki, Hüseyn Zərrabın oğlanları Rza və Məhəmməd Zərrab qardaşları tərəfindən İstanbulda yaradılan “Royal Dənizçilik və Maşın İstehsalı Sənayesi” şirkəti qızıl ticarəti ilə məşğul ola bilmək üçün 2011-ci ilin oktyabrından şirkətin adını “Royal Dənizçilik və Qiymətli Mədənlər Sənayesi” olaraq dəyişdirib.

Türkiyə Statistika Qurumunun məlumatına əsasən, 2012-ci ilin yanvar-iyul ayları arasında ölkədə 8.8 milyard dollarlıq qızıl və digər dəyərli daşlar ticarəti həyata keçirilib. 2012-ci ilin göstəricilərinə görə isə Türkiyənin ən çox ticarət əlaqələri qurduğu ölkə İrandır.