Azərbaycanlı mafiya rəhbəri Türkiyədə tutuldu - Fotolar

azerbaycanli-mafiya-rehberi-turkiyede-tutuldu-fotolar
Oxunma sayı: 677

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, şəbəkənin lideri olduğu söylənilən “Neco” ləqəbli Nicat Kərimov və dəstənin digər üzvləri hədəf seçdikləri kompüter və mobil telefonlara virus proqramı göndərərək internet bank şifrələrini ələ keçirməkdə ittiham olunurlar. Əslən azərbaycanlı olan “Neco” ləqəbli Kərimovun lideri olduğu şəbəkənin indiyə qədər 63 nəfərin hesabından 2 milyon lirə oğurladığı bildirilir.

İnternet cinayətləri və Sistemləri Şöbə Müdirliyinin 10 aya qədər davam edən texniki və fiziki təqiblərinin nəticəsində həmin şəxsləri yaxalamaq mümkün olub. Əməliyyatın keçirildiyi yerdə çoxlu sayda elektron cihaz və saxta sənədlər aşkar olunub.

Məlumatlara görə, şəbəkə üzvləri kompüterlərə troyan, keylogger və virus kimi zərərli proqramlar göndərərək internet bankdan istifadə edən şəxslərin müştəri nömrələrini və şifrələrini ələ keçirməyə nail olublar. Şəbəkənin şifrə oğurlanması və mobil telefona virus göndərilməsi əməliyyatları zamanı Hollandiya və Rusiyada olan cinayət ortaqlarından yardım aldıqları və həmin şəxslərə əldə etdikləri pullardan pay verdikləri təsdiq olunub.

Rəsmilər oğurlanan pulların əyləncə və qumara xərcləndiyini bildirirlər.

Kərimovun 2008-ci ildə “Karnaval” əməliyyatında da adı çəkilir. Belə ki, o, başqalarının hesabından çıxardığı pulları Rio karnavalına xərclədiyi üçün həbs olunmuşdu.

Səidə