Azərbaycanlı məhbusa işgəncə verilib

azerbaycanli-mehbusa-isgence-verilib
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, buna səbəb Gürcüstanın Kutaisi şəhərində yerləşən 2 saylı İslah Əmək Müəssisəsində cəza çəkən Əhməd Əbilova müəssisə əməkdaşları tərəfindən işgəncə verilməsi faktı olub. Birliyin Gürcüstanın Ombudsmanına göndərdiyi müraciətdə qeyd olunur ki, iki nəfər müəssisə nəzarətçisi ona fiziki və mənəvi işgəncələr verib, nəticədə məhkumun səhhətində yaranan narahatlıqlara görə ehtiyyacı olduğu tibbi yardımdan da imtina edilib.

Birliyin verdiyi məlumata görə, Gürcüstanın Ombudsmanı Qiorqi Tuquşi Gürcüstan Prokurorluğuna məhkum Əbilova bədən xəsarətlərinin yetirilməsi ilə bağlı tədqiqat başlanılması, məhkəmə tibbi ekspertizasının keçirilməsi tövsiyyəsi ilə müraciət edib. Bundan başqa Ombudsman Əbilovun müraciətində şikayət etdiyinə görə yenidən işgəncələrə məruz qala biləcəyini nəzərə alaraq başqa müəssisəyə keçirilməsi xahişinin təmin olunması üçün Gürcüstan Penitensiar Departamentinə müraciət yollayıb.


Təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi olaraq soydaşımız Əhməd Əbilovun qeyri-insani rəftara məruz qalmasından və onun hazırki durumundan narahatıq: “Buna görə də Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə məhkum Əbilovun hazırki durumunun öyrənilməsi məqsədilə onun saxlanıldığı müəssisədə tərəfimizdən monitorinq aparılmasına şərait yaradılması, həmiçinin Gürcüstan Respublikası Baş Prokurorluğuna faktla bağlı aparılan istintaqın nəticəsi haqda bizə məlumat verilməsi xahişi ilə müraciət etmişik”.


Fatimə Kərimli