Azərbaycanlı müğənni İsrail parlamentində - Fotolar

azerbaycanli-mugenni-israil-parlamentinde-fotolar
Oxunma sayı: 660

Müğənni deyib ki, ötən ay İsraildə qeyd olunan “Xanuka” bayramı münasibətilə konsertdə iştirak etdib və konserti bağlamaq məhz ona qismət olub.

Daha sonra o, “Bar İlan” adlı məşhur universitetdə keçirilən dağ yəhuduləri haqqında ivrit dilində kitabın açılışında iştirak edib: “Universitet açılışında oranın görkəmli xadimləri, ziyalılar da iştirak edib. Onaların arasında məşhur elm xadimi Mixail Ağarlının iştirakı və onunla görüş mənim üçün xoş idi. Qeyd edim ki, mənim üçün digər sevindirici hadisə İsrailin parlamentində iştirakım idi. Mən İsrail parlamentinin qonağı olan ilk azərbaycanlı sənətçi kimi tarixdə qaldım. Ümumiyyətlə İsraildəki son səfərim sevindirici, xoş hadisələrlə yaddaşımda qalıb. Bunlardan biri də mənim və digər həmkarlarımın repertuarında yer alan, müəlliflər Kamal və Baba Vəziroğlunun ərsəyə gətirdikləri “Nigaranam” mahnısının çox sevilməsidir”.

Ayan İsraildə və dünyada da məşhur olan sənətçi Sarid Xadatla olan əməkdaşlığından da danışıb: “Miss Music” Sarid Xadatın “Yassi Yassi” mahnısını daha əvvəl oxumuşdum. O özü də xəbər tutdu və razı qaldı. Daha sonra birgə duetə qərar verdik. İsraildəki bütün yaradıcılıq işlərimlə Şaul Siman Tov məşğul olur. Gələcəkdə başqa yeniliklər də olacaq”.

Nigar