Azərbaycanlı müğənni Rusiya bazarına işləyir - Foto

<b>Azərbaycanlı müğənni Rusiya bazarına işləyir - <font color=red>Foto</font></b>
Oxunma sayı: 364

Azərbaycanlı müğənni Cahangir Qurbanov Rusiya bazarına işləyir. Müğənninin “Qafqazinfo”ya verdiyi məlumata görə, təqdimatına hazırlaşdığı ilk albomunun adı rus dilindədir - "Serdsa na dvoix" (İki nəfərlik ürək).

Adından göründüyü kimi alboma daxil olan 15 mahnının hamısı rus dilindədir. Mahnılardan ikisi duet şəklindədir. Duetlər gənc müğənni Leyla Babayeva ilə ifa edilib. Cahangir Qurbanov albomun Rusiya bazarı üçün nəzərdə tutulduğunu bildirir.

Albomun mahnıları "Ultras Production" studiyazında yazılsa da, disklər Rusiyada hazırlanır.

Qeyd edək ki, Cahangir Qurbanov “Yeni Ulduz 9” mahnı yarışmasının qalibidir. Müğənni vokal dərslərini tanınmış opera ifaçısı əməkdar artist Samir Cəfərovdan alır.

Nigar


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi