Azərbaycanlı müğənni tonqala yıxılıb

azerbaycanli-mugenni-tonqala-yixilib-
Oxunma sayı: 660

Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Eyyub Yaqubov uşaqlıqda Novruz tonqalına yıxılıb. Bu barədə müğənni ANS-in efirində 18.03.2012 tarixdə nümayiş olunan “Bazar səhəri Rövşanə ilə” verilişində danışıb. Verilişin aparıcısı Rövşanə Bektaşinin qonağından bir Novruz xatirəsini danışmağını istəsə də Eyyub Yaqubov “Çox şey olub” – deyərək konkret bir şey danışmayıb. Aparıcı isə israr edərək, “Heç tonqala filan da yıxılmamısnız?” – deyə soruşması ilə müğənni, “Bəli, belə bir şey olub. Uşaq olanda tonqala yıxılmışam. Çox böyük bir hadisə deyildi, amma olub” – deyə cavab verib.

anspress