Azərbaycanlı narkobaron Rusiyada tutuldu

azerbaycanli-narkobaron-rusiyada-tutuldu
Oxunma sayı: 698

“Qafqazinfo”nun Rusiya KiV-nə istinadən verdiyi xəbərə görə, Özbəkistan, Tacikistan və Azərbaycandan olan cinayətkar qrup Orta Asiyadan Moskvaya narkotik daşımaqla məşğul olublar. Rusiya Federasiyasının narkotik dövriyyəsinə nəzarət üzrə Federal Xidmət idarəsi cinayərkar dəstənin altı fəalını, o cümlədən təşkilatçısı olan Natik ləqəbli Azər Əsədovu saxlayıb. Qeyri-qanuni dövriyyədən 2.5 kiloqramdan artıq heroin ələ keçirilib. Cinayətkar dəstə Moskvaya növbəti heroini çatdırmaq istəyərkən saxlanıblar.

Qeyd edək ki, dəstənin bir neçə üzvü əvvələr saxlanılmışdı, lakin Natiq ləqəbli dəstə başçısını uzun müddətli əməliyyatlardan sonra ələ keçirmək mümkün olmuşdu. Hazırda dəstənin üzvləri böyük ölçüdə narkotik vasitələrin satışında ittiham olunaraq məhkmə qarşısına çıxacaqlar.

Səidə