Azərbaycanlı ondan rüşvət istəyən 3 məmuru güllələdi

azerbaycanli-ondan-rusvet-isteyen-3-memuru-gulleledi
Oxunma sayı: 648

APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məmurlar G. Hüseynovun şəhərdəki biznes obyektinə gələrək obyektin qanunsuz olduğu və dağıdılacağı haqda qərar göstəriblər. Yaranan mübahisə nəticəsində G. Hüseynovun oğlu məmurlara tapançadan atəş açıb. Nəticədə onlardan biri hadisə yerində, digəri xəstəxanada ölüb, 1 nəfər yaralanıb. G. Hüseynovun oğlu həbs edilib.

Yerli Azərbaycan diasporasından bildiriblər ki, məmurlar iş adamından 400 min rubl rüşvət tələb ediblər və ailə bu məbləği toplaya bilməyib. Onlar problemin həlli üçün dəfələrlə şəhər rəhbərliyinə müraciət etsələr də, buna məhəl qoyan olmayıb.

Şəhər meri Dmitri Popov sakinlərə müraciət edərək olayı milli münaqişə zəmininə keçirməməyə və şəhərdə sabitliyi qorumağa çağırıb.