Azərbaycanlı rəssam Türkiyədə yıxılıb öldü

azerbaycanli-ressam-turkiyede-yixilib-oldu
Oxunma sayı: 1378

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, S.Qarayev Konya şəhərində Məram Sənaye Sitesində işləyən dostunu görməyə gedib. Rəssam iş yerinin damını təmir edən dostuna kömək etmək üçün onunla birlikdə dama çıxıb. Güclü yağış və külək nəticəsində plastik dam örtüyü qırılıb və nəticədə rəssam 5 metr yüksəklikdən yıxılaraq ağır xəsarət alıb. Ağır vəziyyətdə Səlcuq Universitetinin Tibb fakültəsinə gətirilən həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə dünən axşam saatlarında Konya şəhərində mərkəz Məram Mahalında baş verib. Qarayevin cənazəsi bu gün dəfn edilmək üçün Azərbaycana gətirilib.

3 uşaq atası olan 49 yaşlı Sultanəli Qarayev peşəkar rəssamdır. O, bir çox beynəlxalq sərgidə iştirak edib. Onun hər il Türkiyədə keçirilən "Portokal Çiçəyi" Plastik Əsərlər Sənət Kolonisinə qatıldığı öyrənilib.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Rəssamlar İttifaqından münasibət öyrənmək mümkün olmadı.