Azərbaycanlı zəvvar öldü

azerbaycanli-zevvar-oldu
Oxunma sayı: 647

QMİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Məkkədən Mədinəyə gedən avtobusda halı pisləşən zəvvarımıza ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım vasitəsilə yaxındakı xəstəxanaya çatdırılan zəvvarımıza bir saat ərzində lazımı köməklik göstərilib. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq zəvvar urək çatışmazlığından dünyasını dəyişib. T.Sadıxov ziyarət səfərinə yaxin qohumu-qudası ilə birlikdə yollanıb.

Azərbaycan Həcc missiyası bütün zəruri sənədləşmə işlərini qaydaya salıb. Mərhum üçün sabah səhər sübh namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, ruhanilərimiz və hacılarin iştirakı ilə cənazə namazı qılınacaqdır. Həcc əməllərini tam şəkildə yerinə yetirmiş Təbib Sadıxov Bəqi qəbirstanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!