Azərbaycanlıların alver etdiyi bazarda 370 nəfər saxlanıldı

azerbaycanlilarin-alver-etdiyi-bazarda-370-nefer-saxlanildi
Oxunma sayı: 1565

“Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı polis 370 nəfəri saxlayıb. Paytaxt polisinin xüsusi təyinat mərkəzinin mətbuat xidmətinin məlumatına görə, xüsusi təyinatlılar “axtarış” əməliyyatının gedişində bazarı mühasirəyə alıblar. Bundan sonra isə bazar ətrafında Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiya Qarşı Baş İdarəsi, Moskva Cinayət Axtarış şöbəsinin əməkdaşları və Federal Miqrasiya Xidmətinin nümayəndələri yoxlamalara başlayıblar. Əməliyyata xüsusi təyinatlıların 200-ə yaxın döyüşçüsü, də cəlb edilib. Xidməti itlərin də istifadə olunduğu əməliyyat zamanı silah, partlayıcı maddələr, partlayıcı qurğular və narkotik maddələrin aşkar edilməsi üçün avto nəqliyyatlar və qeyri-leqal miqrantların yaşadığı yerlər yoxlanılıb. Sonda isə cinayət törətməkdə şübhəli bilinən 370 şəxs saxlanılıb.

Səidə