Azərbaycanlılarla çeçenlər arasında - Kütləvi dava

azerbaycanlilarla-cecenler-arasinda-kutlevi-dava
Oxunma sayı: 665

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə əsasən, bir müddət sonra “Cənub” metro stansiyasında davam edən davanın iştirakçıları silahdan da istifadə ediblər. Dava ticarət mərkəzinin ikinci mərtəbəsində başlayıb. Həmin vaxt orada azərbaycanlı və ruslardan ibarət dəstə bir tərəfdə, digər tərəfdə isə Çeçenistan və Dağıstan vətəndaşları istirahət edirdilər.

Şahidlər bildiriblər ki, davanın başlamasına səbəb azərbaycanlılardan birinin çeçen vətəndaşına “çəpəki” baxması olub. Dərhal davaya atılan çeçen tərəfinin silahdan istifadə etdiyi deyilir. “Nezavisimaya qazeta”nın müxbirinin gözləri qarşısında baş verən hadisə zamanı hər iki tərəfin əlbəyaxa dalaşdığı və stulları bir-birilərinin üzərlərinə tulladığı qeyd olunsa da, ticarət mərkəzinin mühafizə xidməti onlara mane olmayıb.

Tezliklə hadisə yerinə döyülən azərbaycanlılardan birinin 10-a yaxın dostu gəlir və dostlarını döyən çeçendən “qisas”larını alırlar.

Hadisə nəticəsində 3 qafqazlı tutulub və onların üzərindən bıçaq və silah götürülüb.

Səidə