“Azercell” 1 manatlığı ləğv etdi

azercell-1-manatligi-legv-etdi
Oxunma sayı: 658

Yayılan məlumatlara görə isə artıq bu konturlar satışa çıxarılmayacaq. Məlumatı dəqiqləşdirmək üçün “Azercell Telekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidməti “Qafqazinfo” ya məlumatı təsdiqlədi.

Onun sözlərinə görə, "Azercell Telekom" MMC abunəçilərin rahatlığını təmin etmək məqsədilə onların öz balansını artırmağı üçün müxtəlif vasitələr təklif edir: “Belə ki, abunəçilər "Azercell Telekom" MMC-nin internet səhifəsi və digər internet ödəmə səhifələri, bankomatlar və banklar, eləcə də paypoint və ödəmə kartları vasitəsilə öz balanslarını istənilən məbləğə artıra bilərlər. Alternativ ödəmə vasitələrindən istifadənin artmasını nəzərə alaraq, "Azercell Telekom" MMC ödəmə kartlarının istehsalını da müvafiq qaydada tənzimləyir. Hal-hazırda dövriyyədə olan ödəmə kartları sırasında 1 AZN məbləğində olan kartlar olmasa da, abunəçilər bu məbləği internet və ya digər yuxarıda sadalanan alternativ vasitələrlə ödəyə bilərlər.

Günel