Azercell Avropa Film Festivalını Azərbaycana gətirdi

azercell-avropa-film-festivalini-azerbaycana-getirdi-
Oxunma sayı: 669

Sənət və rabitə arasında bu cür bənzətmə ilə başlamağımız təsadüfi deyil. Ölkənin ən böyük mobil rabitə operatoru olan Azercell şirkəti daima incəsənətə təmənnasız qayğısı ilə seçilib. Şirkətin maliyyə dəstəyi ilə Bakıda rəssamların Art Festivalı, müxtəlif sərgilər, uşaqlarda rəssamlığa marağın artırılması üçün cürbəcür, rəngarəng tədbirlər keçirilib. ABŞ-da “Azərbaycan ritmləri” adlı konsert baş tutub, rəssamlarımız dünyanın ən nüfuzlu sərgilərindən Venesiya “Biennale” sərgisində iştirak ediblər. Ümumiyyətlə, Azercell-in mədəniyyət və incəsənətimizə dəstəyi haqda informasiyalar o qədər çoxdur ki, hamısını burda yazmaq mümkün deyil. Və bu sırada Bakı Avropa Filmləri Festivalının keçirilməsinə dəstək də xüsusi yer tutur.

Festival bu il oktyabrın birinci ongünlüyündə paytaxtın “Park Sinema” kinoteatrında baş tutdu. Ölkəmizin mədəni həyatı üçün önəmli olan tədbirin açılışında Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia, Polşa səfiri Mixal Labenda və başqa rəsmi şəxslər iştirak edirdi. Bu, həm də festivalın Avropa Birlyinin bayrağı altında keçirilməsinə görə idi. Sözsüz ki, Avropa dəyərlərinin Azərbaycanda yayılmasında kinonun böyük rolu var.

Festivalda 11 çağdaş Avropa filmi nümayiş etdirildi. Bu filmlərdən “Səhv” (Polşa), “Horrid Henri” (Britaniya), “Kuku qayıdır” (Çexiya) kimi filmlərin adını qeyd eləmək olar. Bəzi filmlər xüsusi olaraq yeniyetmə və gənc auditoriyanın zövqü, maraq dünyası üçün seçilmişdi.

Onu da qeyd etmək zəruridir ki, festivalda bütün filmlər tamaşaçılara pulsuz nümayiş etdirilirdi. Biletləri əldə etmək üçün Facebook və Tvitter sosial şəbəkələrindəki Azercell-in səhifələrində maraqlı, əyləncəli yarışlar da təşkil edilmiş, onlarla gənc biletləri burdan əldə etmişdi.

Təəssüf ki, Bakı dünyanın kino festivalları keçirilən şəhəri kimi tanınmır. Bu baxımdan festivalın başqa önəmli cəhəti də var idi: tədbir günlərində paytaxtımıza Avropa kino sənətkarları qonaq çağırılmışdı. Onlardan Olivier Horley (Fransa), Maykl Qlavoqer (Avstriya), Marek Leçki (Polşa), Gennadios Patsis (Yunanıstan), Kris Vrayt və Stefan Kolbe (Almaniya) rejissor və kino xadimlərinin adlarını çəkə bilərik. Onların yerli kinosevərlərlə görüşləri də maraqlı oldu, festivala xüsusi rəng qatdı. Kino sənətinin təbliği baxımından, gənclərimizdə bu sahəyə maraq oyatmaq yönündə festivalın faydasını ola bilsin biz hələ görmürük. Ancaq belə tədbirlərin səpdiyi mədəniyyət toxumları şübhəsiz sonralar böyüyür, bəhrə verir.

Xalqımızın çox sevdiyi yerli filmlərimizdən biri “Bəyin oğurlanması” filmidir. Orada Arif Quliyevin qəhrəmanı daim qaçır, hər yerə xəbər verirdi: “Şəhərdən kino çəkənlər gəlib!”. Bakıda Avropa Film Festivalını isə kinosevərlərə yəqin belə çatdırmaq lazım idi: “Şəhərə kino çəkənlər gəlib!”. Üstəlik, daha qaçmağa ehtiyac yoxdur, bu xəbəri mobil telefonla hamıya çatdırmaq olar.

İndi öndə yazdığımız hücrələr məsələsinə yenidən qayıdaq. Azercell şirkətinin mədəniyyət sahələrinə, bu mənəviyyat nektarı ilə dolu hücrələrə dəstəyi artıq kino hücrəsini də əhatə edib. Beləliklə, obrazlı desək, şirkətin “mədəni şanvari şəbəkəsi” artıq tam formadadır. Və Azercell abunəçiləri şirkətin xidmətlərindən yararlanarkən yalnız mobil rabitə yox, həm də bu mədəni ünsiyyət şəbəkəsinə qoşulurlar.