Azercell “Facebook”u pulsuz etdi – Şad xəbər

azercell-facebooku-pulsuz-etdi-sad-xeber
Oxunma sayı: 725

“Qafqazinfo”nun şirkətin rəsmi saytına istinadən məlumatına görə, “0.Facebook.com” xidməti ilə mobil telefondan Facebook sosial şəbəkəsində birbaşa və pulsuz ünsiyyətdə olmaq imkanı yaranıb.

Xidmətdən istifadə etmək üçün abunə olmağa və ya aktivləşdirmə əməliyyatı həyata keçirməyə, və yaxud hər hansı program yükləməyə ehtiyac yoxdur. Sadəcə mobil telefonda brauzerin ünvan sətrində aşağıdakı ünvanlardan biri daxil edilməlidir:
• 0.facebook.com
• O.facebook.com
• o.facebook.com
• zero.facebook.com
Facebook istifadəçilərinin statusunu yoxlamaq və sayt vasitəsilə ismarıclar göndərmək pulsuzdur.

Xarici linkdən istifadə edildikdə (məs. www.day.az və ya www.youtube.com-a keçid), şəkil və videolar yüklənildiyində, “0.Facebook.com” xidmət dairəsi tərk edilmiş hesab olunacaq. Bu halda xidmətin qiyməti istifadə olunan tarif qiymətlərinə uyğun olaraq müəyyən ediləcək.

Qeyd edək ki, xidmət yalnız Azercell şəbəkəsində istifadə oluna bilər

Nigar Məmmədli