Azercell-in Uğurlu SMS-i 100 min manat qazandırdı

azercell-in-ugurlu-sms-i-100-min-manat-qazandirdi
Oxunma sayı: 896

Hər gün 1000 manat, hər həftə AUDİ qazandıran Uğurlu SMS stimullaşdırıcı lotereyası başa çatıb. Azercell Telekom MMC-nin ABC Content şirkəti ilə birgə reallaşdırdığı bu kampaniya zamanı 100-dən çox Azercell abonenti bahalı hədiyyələr qazanıblar. Azerccell-dən “Qafqazinfo”ya verilən məlumata görə, lotereya müddətində 119 nəfər 1000 AZN, 16 nəfər Audi A3 Sportback avtomobili, 1 nəfər isə super priz – 100 min AZN qazanıb.

Yanvarın 30-da stimullashdirici lotereyanın başa çatması münasibətilə Azercell Telekom MMC şirkətinin əsas binasında hədiyyələrin təntənəli təqdimetmə mərasimi baş tutub. Mərasimdə əsas mükafatın – 100 min manatın sahibi Cəlilabaddan olan Azercell abonenti Əliyev İqbal Mirşükür oğluna və son 6 həftədə avtomobil qazanan Azercell abonentlərinə hədiyyələr təqdim edilib.
Uğurlu SMS adlı stimullaşdırıcı lotereya 20 sentyabr 2011-16 yanvar 2012 tarixləri arasında davam edib. Kampaniya müddətində Azercell abonentləri 8228 qısa nömrəsinə mesaj göndərməklə telefon üçün “divar kağızı”əldə ediblər. Hər dəfə göndərilən istək mesajı abonentlərə xallar qazandırıb. Xalların toplanması zamanı iştirakçılara müəyyən bonuslar da verilib.
Lotereyanın qaliblərini müəyyən etmək məqsədilə hər həftə çərşənbə axşamı ABC Content şirkətinin ofisində uduş tirajları keçirilib. Tiraj zamanı xüsusi kompüter proqramı təsadüfi seçim prinsipi ilə əvvəlcə avtomobil qalibinin, daha sonra isə 1000 manatlıq hədiyyənin qaliblərinin nömrəsini müəyyənləşdirib. Yanvarın 17-də keçirilən sonuncu tirajda isə 100 000 AZN sahibi bəlli olub.
Kampaniya iştirakçılarının heç biri hədiyyəsiz qalmayıb. Belə ki, 8228-ə mesaj göndərən hər bir kəs stimullashdirici lotereya iştirakçısı telefon üçün pulsuz məzmun və “divar kağızı” qazanıb. Bu hədiyyələri 2 ay ərzində xüsusi saytdan yükləmək mümkündür.


Nigar