“Azercell” istədiyini əldə etdi - Yenilənib

azercell-istediyini-elde-etdi-yenilenib
Oxunma sayı: 738

“Qafqazinfo”nun məlumatına görə, dövlət tərəfindən şirkətə verilən tezlik bu günlərdə B&BTV tərəfindən tam boşaldılıb. Məsələ ilə bağlı “Azercell” rəhbəri Ali Ağan bu gün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, sözügedən tezlik bir müddət əvvəl “Azercell”ə verilsə də, B&BTV həmin tezliyi boşaltmaq üçün 2 ay vaxt istəmişdi. Həmin vaxt oktyabrın 27-də başa çatsa da tezlik boşaldılmamış və bu “Azercell”ə B&BTV arasında böyük qalmaqala səbəb olmuşdu.

***

B&BTV-nin marketinq meneceri Samir Mahmudov isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar “Azercell”ə verilən tezliyi boşaltmayıblar: “Biz hazırda həmin tezlikdən istifadə edirik və xidmət göstəririk. Azercell hansı tezlikdən istifadə edəcək, bunu bilmirik. Oktyabrın 25-də məhkəmə bu məsələ ilə bağlı qərar verdi. Həmin qərarda göstərilir ki, “Azercell”ə B&BTV arasında razılaşma olduğu halda həmin tezlik “Azercell”ə verilə birilə bilər. Hazırda isə belə bir razılaşma yoxdur”.

Nigar