Azercell möhtəşəm 3D proyeksiya şousu təşkil etdi

<b>Azercell möhtəşəm 3D proyeksiya şousu təşkil etdi</b>
Oxunma sayı: 211

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, dünyada da yeni texnologiya sayılan “3D mapping” binanın memarlıq üslubuna uyğun olaraq onun üzərinə salınan proyeksiyanın ssenari əsasında dəyişdirilərək görüntünün yaradılmasıdır.

Proyeksiya ölkə və şirkət üçün son dərəcə əhəmiyyətli olan Eurovision-2012 mahnı müsabiqəsinin rəsmi açılışına və bu layihə çərçivəsində təqdim ediləcək əsas məhsul - 3GMAX modeminə həsr olunub.

Məlum olduğu kimi, 25.01.2012 tarixində “Buta Palace” sarayında Eurovision-2012 mahnı müsabiqəsinin başlanğıc tədbiri keçirilib. Tədbirdə Eurovision-2012-nin rəmzi açarı Bakı şəhərinə təhvil verilib, müsabiqənin loqosu və şüarı açıqlanıb.

3D proyeksiya şousunun daha da maraqlı olması məqsədilə şou zamanı abonentlər üçün unikal interaktiv aksiya keçirilib. Şounu izləyən bütün Azercell abonentləri 100MB mobil internet trafiki hədiyyə qazanıb.
Proyeksiya Füzuli meydanında yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının üzərində göstərilib.



Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi