“Azercell”ə 3G lisenziyası verildi – Nəhayət ki..., Yenilənib

azercelle-3g-lisenziyasi-verildi-nehayet-ki-yenilenib
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, uzuzn müddətdir tezlik gözləyən “Azercel Telekom”a nəhayət ki, 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilməsi qərara alınıb.

Belə ki, Dövlət Radiotezliklər İdarəsi 3G standartında rabitə xidmətlərinin genişləndirilməsi üçün tezlik resurslarının “Azercel Telekom” mobil rabitə operatoruna verilməsi haqqında müsbət qərar qəbul edib. Digər mobil rabitə operatoru “Bakcel”ə gəlincə isə, bu barədə hələki qərar verilməyib.

Qeyd edək ki, “Azercell Telekom”un 3G xidmətini noyabr ayında Bakıda keçiriləcək “BakuTel” sərgisində təqdim edəcəyi gözlənilir.

***

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, onlar tərəfindən Azercellə 3G xidmətinin göstərilməsi üçün lisenziya verilməyib.

Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə də “Qafqazinfo”nun sualına cavab olaraq bu xəbərin haradan qaynaqlandığını bilmədiklərini deyib: “Bu gün hamı zəng edib bizi təbrik edir. Amma mən sizə dəqiq deyirəm ki, biz nə 3G lisenziyası almışıq, nə də bizə yaxın günlərdə alacağımız barədə xəbər daxil olmayıb. Verilsəydi təbii ki yaxşı olardı və biz bu sevincimizi hamı ilə bölüşərdik”.

Nigar Məmmədli