Bunu “Qafqazinfo”ya açıqlamasında “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə deyib. O bildirib ki, Röyanın şirkətdən narazılıq etməsinin heç bir əsası yoxdur: “Azercell-in “Zəngimcell” xidmətini göstərməsi üçün lisenziyası yoxdur və bu işləri başqa şirkət həyata keçirir. Röya xanım da həmin şirkətə, özü bilir hansı şirkətdir, onlara müraciət etməlidir. Müğənninin komandası ilə də bu haqda danışıb, onları başa salmışıq. Bir daha deyirəm, bu məsələdə Röya xanımın Azercelli məhkəməyə verməyə heç bir əsası yoxdur”
Nigar Məmmədli