“Azerfon”dan yenilik

azerfondan-yenilik
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, bu layihə çərçivəsində “Azerfon” (Nar Mobile) AZAL–a məxsus təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini sərnişinlərə təqdim edəcək. Layihənin həyata keçirilməsi artıq başlayıb və ilkin mərhələdə, 2012-ci ildə AZAL-ın 12 təyyarəsində xidmətlərin göstərilməsi nəzərdə tutulur.

“OnAir” şirkətinin Baş İcraçı Direktoru Yan Dokins bildirib ki, “OnAir” dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir: “Hazırda, təyyarələrdə mobil rabitə Amsterdamda yerləşən yerüstü rabitə stansiyası vasitəsi ilə həyata keçirilir. MDB ölkələri arasında regionun inkişaf tendensiyasını və gələcəyə baxış istiqamətlərini nəzərə alaraq, yaxın gələcəkdə biz, “Azerfon” şirkətinin dəstəyi ilə digər MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanın Bakıda quraşdırılmasını planlaşdırırıq. Azərbaycanın İKT-nin inkişaf səviyyəsinə görə regionun qabaqcıl ölkələrindən biri olduğunu və “Azerfon”-un Azərbaycanda innovativ texnologiyaları tətbiq etmək marağını nəzərə alaraq, biz Azərbaycanda məhz “Azerfon” və AZAL ilə əməkdaşlıq etməyə başladıq. Məmnunluqla bildirirəm ki, bu layihə yaxın bir zamanda öz nəticələrini verəcək və artıq Azərbaycan vətəndaşları da təyyarədə olarkən rabitə xidmətlərindən istifadə etməyə başlayacaqlar”.

Tədbirdə çıxış edən AZAL-ın Vitse-prezidenti Eldar Hacıyev təyyarələrdə rabitə xidmətin göstərilməsindən və məhz “Azerfon” (Nar Mobile) şirkəti ilə əməkdaşlıq etdiyi üçün şad olduğunu bildirib. “Bu gün Azərbaycan hava sərnişin daşımaların tarixində və İKT sahəsində mühüm hadisələr ilə yadda qalacaq. İlk öncə, bu razılaşmaya əsaslanaraq, AZAL şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq, səmada rabitə xidmətlərinin tam çeşidini göstərərək digər bir yeniliyə imza atmış olur.” – deyə AZAL-ın vitse-prezidenti bildirib.

Azerfon şirkətinin Baş Direktoru Yurqen Pits isə deyib ki, bu, Azərbaycan üçün İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində irəliyə doğru atılan çox böyük bir addımdır: “Artıq sərnişinlər AZAL-ın təyyarələrində mobil xidmətlərdən istifadə edəcək və bu xidmətlərin göstərilməsi hüququ yalnız Azerfon (Nar Mobile) şirkətinə məxsus olacaqdır. Səmada olduğumuz anda belə abunəçilərimizə tam mobil rabitə xidməti göstəriləcəkdir. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir. Səmada mobil rabitədən istifadə təyyarənin qalxması və enməsini istisna edərək, bütün uçuş boyu mümkün olacaq”.

Nigar Məmmədli