“Azərsun Holdinq”in “Qarabağ” fəlsəfəsi

azersun-holdinqin-qarabag-felsefesi
Oxunma sayı: 823

İyunun 30-u Avropa Liqasında 2011-2012 mövsümünün ilk oyununu Azərbyacanın “Qarabağ”ı səfərdə Litvanın "Banqa" komandasını 4:0 hesabı ilə məğlub etdi. Buna böyük hesab deyirlər. Böyük hesab böyük qələbədi. Təbii ki, cavab oyununda da azərbaycanlılar qələbə ilə qol-boyun olacaq.
Dünya futbolunda Azərbaycandan ən çox tanınan komanda “Qarabağ”dı. İşğalda olan Ağdamın təmsilçisi. Bu uğurun sirri nədədi? Araşdıraq.

1. “Qarabağ” futbol klubunun baş məşqiçisi Qurban Qurbanov barmaqla sayılası mütəxəssislərdəndi. Onun xarakterinin əsasını təşkil edən sevgi bütün komandaya sirayət edib. O, təkcə baş məşqçi deyil, həm də Qarabağı işğaldan asad etməyə qadir olan əsgərdi. “Qarabağ” komandası hansı adı daşıdığını yaxşı dərk edir.
2. “Qarabağ” Futbol Klubunun prezidenti Abdulbari Gözəl, vitse–prezidenti Tahir Gözəldi. Komandaya “Azərsun Holdinq” Şirkətlər Qrupu sponsorluq edir. Bu şirkət istehsal etdiyi məhsullarıl ilə Azərbaycan brendini dünyada kifayət qədər uğurla tanıdıb. Ölkədə minlərlə iş yerləri açıb. Azərbaycan iqtisadiyyatına milyonlarla manat vergi ödəyib. Daha nələr, nələr… Ən əsası isə Azərbycan brendidi. Yəni möhürü. Azərbyacan dünyanın demək olar bütün ölkələrində möhürünü vurub. “Azərsun Holdinq” seçdiyi üsulu “Qarabağ” futbol klubuna da tətbiq etdi. Komanda azərbaycanlılardan təşkil olunub. Əlbəttə, xaricdən futbolçular gətirmək mümkündü. Amma məsələn, Con, hardan bilsin ki, Azərbaycan üçün Qarabağ adı nədi… O, peşəkardı, pulunu alıb, futbolunu oynayır. O, vurduğu zərbənin qapı dirəyinə dəyməsindən ona görə təəssüf keçirər ki, mükafatı kəsiləcək. Əfran İsmayılov isə nəticəsi olmayan zərbənin Qarabağsızlıq müddətini uzadacağını hiss edir. Birincinin Qarabağı heç vaxt olmayıb, ikincinin isə Qarabağı var. Hədəfə vurulan hər zərbə dil açıb danışır, deyir ki, Qarabağ Azərbyacanın ayrılmaz hissəsidir. Abdulbari Gözəl vəTahir Gözəl məhz bu fəlsəfəyə söykənərək yol gedirlər. Bu yol uzağa aparır.
“Qarabağ” futbol klibunun tətbiq etdiyi mexanizm yaxın gələcəkdə başqa futbol komandalarının da istifadə edəcəyi dəyər olacaq. Onlar da milliləşmənin əhəmiyyətini dərk edəcəklər. Hər şeyin başında insana, torpağa sevgi dayanır. Sevgi varsa, qalibiyyət səninlədi.
Çox az hallarda olur ki, bir komandadan başqasına transfer olunan oyunçu ilk oyununda qol vursun. Bu da fakt. 4-cü qolu "Banqa" nın qapısından Bəxtiyar Soltanov keçirdi. İllərdir “Bakı”nın şərəfini qoruyan Bəxtiyardan səs çıxmırdı. Halbuki Azərbaycanın ən perspektivli oyunçusudu. “Qarabağ”a gəldi və qol vurdu. Dəqiq bilirəm, oyun öncəsi ona məhz Tahir Gözəl deyib:

- Burası “Qarabağ”. Sən təkcə futbolçu deyilsən, həm də döyüşçüsən. Top o vaxt oyunçunun ayağına oturur ki, beyin ayağa sevgi siqnalı ötürür. Oldumu?”

Bəxtiyarın cavabı:

- Oldu.

Və hamının bir ağızdan dediyi cavab:

- OLDU.

Bəli, oldu. Alındı. “Qarabağ” yenə qələbə qzandı. Təsadüfi deyil ki, Azərbaycan mətbuatında “Azərsun Holdinq” barəsində bir dəfə də olsun tənqidi yazı dərc olunmayıb. Onun uğurlarından isə hər kəs yazır. Bu şirkət, “İnter”, “Bakı”, bir sözlə, başqa futbol komandasına himayədarlıq etsəydi, yenə eyni nəticə əldə olunacaqdı. Nə yaxşı ki, “Qarabağ”ı seçib. Bu gün “Qarabağ”ın qələbəyə “Bakı”dan, “İnter”dən və bütün başqalarından daha çox ehtiyacı var. Ora düşmən iddi edir. 22 nəfərlik heyət və onların yol göstərənləri o iddiaların nə qədər gülünc olduğunu nümayiş etdirir. Bir dəfə, iki dəfə, üç dəfə yox, dörd dəfə… Lazım gəlsə, səkkiz dəfə də olacaq. “Qarabağ” işğal faktından əziyyət çəkən azərbaycanlılardan təmsil olunub. Onlar qələbələri ilə azadlığa nail olacaqlar.

Ceyhun Musaoğlu