Aznavur erməniləri “parazit”likdə suçladı

aznavur-ermenileri-parazitlikde-sucladi
Oxunma sayı: 669

“Erməni xalqı və Ermənistanın rifahı üçün bütün ermənilər çalışmalıdı”, - deyə o Los-Anjelesdə “Armenia TV” şirkətinin nümayəndəsinə bildirib (BBC Azərbaycan).

Aznavur tarixi vətənində yaşayan soydaşlarına xitabən deyib: “Ermənilərin əlini cibinə aparmaqla arası yoxdur. Mən ömür boyu işləyib pul verə bilmərəm. Mən verirəm, hər il verirəm. Mən öləndən sonra kim verəcək? Kim evlər tikəcək, uşaqlar üçün məktəb inşa edəcək? Mən deyirəm, qoy ermənilər hər ay, hər il heç olmasa 5 dollar ayırsınlar. Eləmirlər. Simiclik edirlər. Yadlar eyləyir, onlar sevinirlər, yeyib içib, kef edirlər. Bu, düzgün deyil”. 88 yaşlı Şarl Aznavur, İsveçrədə Ermənistan Respublikasının səfiri olaraq, dəfələrlə Ermənistan rəhbərliyinin siyasətini tənqid edib.