AzTV-dən “Neftçi” ilə bağlı - Açıqlama

aztv-den-neftci-ile-bagli-aciqlama-
Oxunma sayı: 636

“Qafqazinfo” buna aydınlıq gətirmək üçün öncə Azərbaycan Dövlət Televiziyasına müraciət edib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova açıqlamasında isə bildirib ki, Neftçinin avroliqadakı qrup mərhələsindəki ilk oyununun yayımlanmaması barədə məlumat doğru deyil: “Komandamız Avropa Liqasına çıxıb. Bu oyunu mütləq yayımlayacağıq. Çünki oyunun yayım hüququ da bizdədi”.

"Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə isə klubun yayım məsələsinə qarışmaq hüququnun olmadığını deyib: “Bu bizdən asılı olan səbəb deyil. “Neftçi” avroliqanın qrup mərhələsinə düşdüyü üçün oyunun yayımlanmasına birbaşa UEFA nəzarət edir. Azərbaycanda isə bu hüquq dövlət televiziyasına aiddir. Klubun bu işə müdaxilə etmək kimi bir səlahiyyəti yoxdur. Ümid edirik ki, AzTV və ya idman kanalı bu oyunu canlı yayımlayacaq və azarkeşlər bunu izləyə biləcək”.

Qeyd edək ki, “Partizan” - “Netçi” qarşılaşması sentyabrın 20-də baş tutacaq.

Sevinc