Bacısını bıçaqlayan qız intihar etdi

bacisini-bicaqlayan-qiz-intihar-etdi
Oxunma sayı: 648

Biləsuvar rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, bacısı Könül İmanovanı bıçaqlayan Aynurə intihar edib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Xatırlada ki, oktyabrın 18-də Biləsuvarda yaşayan 34 yaşlı Aynurə İmanova xəstəxanadan, anasının ziyarətindən evə qayıdarkən evin səliqəsiz olduğunu görüb və böyük bacısına iradını bildirib. İrad münaqişə ilə nəticələnib.

Əsəblərini cilovlaya bilməyən Aynurə mətbəxt bıçağı ilə bacısı Könülə xəsarət yetirib. Könül İmanova dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Aynurə İmanova isə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ifadəsi alındıqdan sonra müvəqəti olaraq sərbəst buraxılıb.