Badamdarda çörək ucuzlaşdı

badamdarda-corek-ucuzlasdi
Oxunma sayı: 715

“Qafqazinfo”nun məlumatına görə, iki gündür ki, qəsəbənin mərkəzindəki marketlərdə çörək 20 qəpiyə satılmağa başlayıb.

Badamdarda çörək bir ay öncə 30 qəpikdən 25 qəpiyə qədər ucuzlaşmışdı. Bundan sonra isə qiymətlər 20 qəpiyə endirilib. Dükan sahibləri bildirir ki, onlar çörəyi sexlərdən topdan halda 22 qəpiyə alıb, 20 qəpiyə satırlar. Market sahibləri deyirlər ki, bu hansısa inzibati yolla edilməyib. Bildirirlər ki, sadəcə olaraq, qəsəbədəki iri marketlərdən biri olan “İnsaf” digər dükanlarda qiymətlərə təsir etmək məqsədilə qiyməti topdansatış qiymətindən də aşağı satmağa qərar verib.

Digər dükanlar da bundan sonra qiyməti aşağı salmaq məcburiyyətində qalıblar. Sakinlər isə bildirirlər ki, hələlik qəsəbədə satılan çörəyin çəkisində də azalma baş verməyib.