Bakcell 4G aldı

bakcell-4g-aldi
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib ki, Bakcell ölkədə yeganə operatordur ki, 4G tezliyinə malikdir. O, lisenziyanın alınması üçün nazirliyə rəsmi müraciət edildiyini də vurğulayıb. Riçard Sirer şirkətin texniki cəhətdən 4G-ni tətbiq etməyə hazır olduğunu bildirib.

O, həmçinin bildirib ki, Bakcell Azərbaycanda ilk dəfə Novruz bayramı ərəfəsində batareya doldurma stansiyası istifadəyə verəcək. Əvvəlcə 25 belə stansiya şəhərin müxtəlif ictimai yerlərində, hava limanında, Park Bulvar və s. yerlərə yerləşdiriləcək. Ricard Şirerin sözlərinə görə, bu mərkəzdən Azərbaycanda son 4-5 ildə satışa çıxan bütün model mobil telefonlar yararlana biləcək.

Nigar