“Bakcell”çilər digər operatorlarla video zənglə danışacaq

bakcellciler-diger-operatorlarla-video-zengle-danisacaq
Oxunma sayı: 685

Şirkətin Texniki direktoru Yigit Berktaş deyib ki, digər mobil operatorların nömrələrinə video zəng etmək üçün həm zəng edən, həm də zəngi qəbul edən abunəçinin 3G şəbəkəsi aktiv olmalıdır.
Şirkətin Kommersiya direktoru Krasimir Genov isə əlavə edib ki, “Bakcell" şirkəti 3G şəbəkəsini bu gün səhər işə saldıqdan sonra bu xidmətdən istifadə edən abunəçilərinin sayı 10 min nəfəri ötüb. Şirkət 3G xidmətlərindən istifadə üçün artıq sabaha qədər 100 min istifadəçini cəlb etməyi planlaşdırır.

Nigar Məmmədli