“Bakcell”dən YAP-a 3 qəpiklik güzəşt

bakcellden-yap-a-3-qepiklik-guzest
Oxunma sayı: 901

“Qafqazinfo”nun Azadlıq radiosuna istinadən məlumatına görə, bu barədə elan “Yeni Azərbaycan” qəzetində yerləşdirilib. Bakcell mobil operatoru hakim Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif edir. Elanda deyilir ki, YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.