Bakı merinin “gül əməliyyat”ları davam edir - Fotolar

baki-merinin-gul-emeliyyatlari-davam-edir-fotolar
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, BŞİH tərəfindən göndərilən işçilər təbii gülləri süni güllərlə əvəz edəcəklərini bildiriblər. Onlar Bakı meri Hacıbala Abutalıbovun əmri ilə bu işi gördüklərini, qarşıdan qış fəsli gəldiyi üçün təbii güllərin götürüldüyünü deyiblər.

Qeyd edək ki, sözügedən əməliyat artıq Bakıda bir müddətdir ki, həyata keçirilir. Hazırda Bakının mərkəzi küçələrinin bir çoxunda əvəllər qoyulan təbii gül dibçəkləri süniləri ilə əvəz olunur.

Bu gün portalımıza Hacıbala Abutalıbovun daha bir maraqlı əməliyyatı ilə bağlı foto daxil olub. Belə ki, Bakı merinin Tarqovıda keçirdiyi “iməcilik” sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb. Məsələ isə meriya əməkdaşlarının şəhərin mərkəzində hamının gözü qarşısında ağacları doğraması ilə bağlıdır. İndi həmin mənzərinin fotosunu da oxuculara tədim edəcəyik.