Bakı metrosunda polisi bıçaqladılar

baki-metrosunda-polisi-bicaqladilar
Oxunma sayı: 651

SalamNews-un xəbərinə görə, Rayon Polis İdarəsinin əməkdaşları “20 yanvar” metrosu ərazisində, soyğunçuluq törətdiyinə görə axtarışda olan 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Mansur Zeynalovun saxlanılması üzrə əməliyyat keçiriblər. Əməliyyat zamanı M.Zeynalov cibindəki bıçaqla polis əməkdaşı Mahir Ələkbərova xəsarət yetirib.