Bakı-Qazax yolunda ağır qəza: 1 ölü, 1 yaralı

baki-qazax-yolunda-agir-qeza-1-olu-1-yarali
Oxunma sayı: 648

Ötən gün Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən lent.az-a verilən məlumata görə, Bakı-Qazax magistralının 162-ci kilometrliyində “İveco” markalı yük maşını ilə “VAZ 21 054” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri alıb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.