Bakı sakinini döyüb, sonra soydular- Kriminal xəbərlər

baki-sakinini-doyub-sonra-soydular-kriminal-xeberler
Oxunma sayı: 697

Yanvarın 25-i saat 19 radələrində naməlum şəxslər Binəqədi – Xırdalan şossesinin 5-ci kilometrliyində Bakı şəhər sakini Şamo Həşimovu döyüb, küt alətlə kürəyindən vuraraq 40 manat pulunu və 3 ədəd mobil telefonunu alıblar. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər, Bakı şəhər sakinləri Orxan Hümbətov və Vüsal Mehdizadə yanvarın 26-da, cinayətin digər iştirakçısı Şəki rayon sakini Taleh Məmmədhüseynov isə yanvarın 30-da yaxalanıb.

Yanvarın 30-u saat 12 radələrində Şəhər şossesi küçəsində Bakı şəhər sakinləri Hüseynağa Quliyev idarə etdiyi Sabunçu rayon kommunal təsərrüfat idarəsinə məxsus «BOB ÇAT» markalı traktorla Akif Allahverdiyevi vurmuş, sonuncu hadisə yerində ölüb.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Salyan rayon sakini Ziyafət Kərimov yanvarın 30-da yaxalanıb və ondan 0,213 qram narkotik vasitə olan heroin aşkar edilib.