“Bakı şəhər İcra Hakimiyyəti miladi təqvimlə işləmir”

baki-seher-icra-hakimiyyeti-miladi-teqvimle-islemir
Oxunma sayı: 671

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublu deyib. O, bildirib ki, Müsavatın qərargahında aclıq aksiyasına qoşulmaq istəyənlərin hamısını yerləşdirəcək şərait yoxdur: “Bu gün də gəlib siyahıya adını yazdıranlar var. Aclıq edənlərin səhhəti normaldır. Dünən qadın iştirakçılarından birinin, Başxanım Abbasovanın səhhətində problem yaranmışdı. Həkim çağırıldı və o indi yaxşıdır. Aksiya isə davam edir”.

T. Yaqublu, İctimai Palatanın BŞİH-nə mayın 19-da mitinq keçirmək üçün etdiyi müraciətə hələ də cavab verilmədiyini deyib: “Biz Zaur Ramazonovla əlaqə saxlamağa çalışırıq, amma onun telefonu bağlıdır. Mən bu sözü dəflərlə demişəm ki, qanuna cavab aksiya təyin olunmuş günə üç iş günü qalmış verilməlidir. Amma mən bu sözü hər dəfə Ramazanova deyəndə o bildirir ki, onların təqvimi ilə hələ o gün gəlib çatmayıb. Deyəsən onlar miladi təqvimlə işləmirlər. Onların özlərinin qəribə təqvimləri var”.

Qeyd edək ki, mayın 15-dən müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan 12 vicdan məhbusu qeyd-şərtsiz azadlığa buraxılmaları, sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və siyasi islahatların keçirilməsi tələbi ilə aclıq aksiyasına başlayıblar.

Sədan